Məhkəmə qərarları › İş №3(046)-261/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-261/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-261/2025 01.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola görə, "xxxx" MMC-i tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 10:55-də Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndi ərazisində mülkiyyətində olan “Howo” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin və sürücünün reysqabağı tibbi müayinəsinin təşkil edilmədiyi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Srac oğlu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsi tərəfindən Göyçay rayonu Cəyirli kəndində yerləşən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmiş və protokola baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar olmadığından və belə olan halda İXM-in 326-cı maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlər olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına görə istər nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, istərsə də sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Qeyd edir ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin edən və Göyçay rayonu ərazisində yerləşməli olan məntəqə təşkil edilməmişdir. Halbuki belə bir məntəqə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilməlidir. Belə olan halda isə hesab edir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına uyğun olaraq sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin edən məntəqə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən Göyçay rayonu ərazisində təşkil edilmədiyindən "xxxx" MMC-nin mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsini təşkil etməməkdə təqsiri olmamışdır. Odur ki, göstərilənlərə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata (inzibati xəta tərkibi olmadığına görə) xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin inspektoru X3,inspektor X1 və kiçik inspektor X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 10:15 radələrində ATF-nin avtonəqliyyat vasitələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi” haqqında qərarın təmin edib-etməməsi ilə bağlı monitorinq keçirilmişdir. Keçrilən monitorinq zamanı ATFnin mülkiyyətində olan “Howo” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin və sürücünün reysqabağı tibbi müayinəsinin təşkil edilmədiyi faktı aşkar olunmuş, bu fakt foto və video çəkilişlər ilə qeydə alınmışdır (surət əlavə olunur). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi inzibati xətadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin seçirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin Qaydaların 3.3-cü bəndinə görə sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına görə istər nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması ,istərsə də sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Təqdim olunmuş sübutlardan fotoşəkillərdən və videogörüntüdən sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin edən və Göyçay rayonu ərazisində yerləşməli olan məntəqənin təşkil edilməsi müəyyən olunmur. Halbuki belə bir məntəqə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilməlidir. Belə olan halda isə hesab edir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına uyğun olaraq sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin edən məntəqə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən Göyçay rayonu ərazisində təşkil edilmədiyindən avtomobil nəqliyyatı ilə yük daşımalarını yerinə yetirən daşıyıcı "xxxx" MMC-in təqsiri olmadan mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qeyd edilənlərə əsasən hesab edirəm ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar olmadığından və belə olan halda əməldə İXM-in 326-cı maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlər olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov İş № 3(032)-152/2018 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Şirvan şəhər Məhkəməsi Qurbanov Elçin Firudin oğlunun sədrliyi, X4 iştirakı ilə, Şirvan şəhərində məhkəmə binasında 21 may 2017-ci il tarixdə Şirvan şəhəri, M.Qədirov küçəsi 1 saylı ev, Şirvan-Salyan şössesinin 5-ci km-də yerləşən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. İclas saat 15.15-də başlandı. Katib məlumat verərək bildirir ki,məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi X8 gəlmişdir. Hakim məhkəməyə gəlmiş nümayəndənin səlahiyyətini yoxlayır. -nümayəndə xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən iştirak edir, etibarnamə xx.xx.2018-ci il tarixədək qüvvədədir. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini elan edib, aydın olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi X8:Hüquq və vəzifələrim aydındır. Hakim inzibati xəta haqqında iş üzrə iştirak edən nümayəndəyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuş əsaslar əsasında hakimə etirazın olub-olmamasını aydınlaşdırır. Hakimə etiraz daxil olmur. Hakim iş üzrə iştirak edən nümayəndəyə vəsatətlərin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmur. Hakim inzibati xəta haqqında protokolu elan edir və işdə iştirak edən nümayəndənin izahatını dinləyir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi X5 izahatı: Şirvan şəhər Polis şöbəsinin X13 Bölməsinin **********18 saylı 25 aprel 2018-ci il tarixli məktubu ilə tələb edilən məlumatı qanunla müəyyən edilmiş müddət ərzində Şirvan şəhər Polis şöbəsinin X13 Bölməsinə verə bilməmişlər. Hakimin s/c - Şirvan şəhər Polis şöbəsinin X13 Bölməsinin **********18 saylı 25 aprel 2018-ci il tarixli məktubu qəbul etmişik lakin vaxtında məlumat verə bilməmişik Hakim inzibati materialda olan sənədləri elan edir. Elan olunmuş sənədlərə dair proses iştirakçıları tərəfindən əlavələr, etirazlar və vəsatətlər daxil olmadı. Hakim müşavirə otağına gedir,qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir, şikayət vermə müddətini və qaydasını izah edir. Protokol 21 may 2017-ci il tarixdə tərtib olundu. Hakim Katib: 3-(032)-152/2018 İş üzrə toplanmış materialların SİYAHİSİ SİRA İşdə olan sənədlərin siyahısı Vərəq №-si №-si 1 Protokol,qərardad,məktub 2 Protokol və ona əlavə edilmiş sənədlər 3 Bildiriş 4 Protokol, qərar 5 Qəbz, məktub Cəmi « » vərəqədə Siyahını tərtib etdi. Katib ___________ K.D.Ələsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar