Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-262/2020 20.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/2, 19 saylı mənzildə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində sürücülük hüququ olmaqla, orta dərəcə alkoqol sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ-21144” minik markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Çarxana kəndi ərazisindən keçən hissəsində Ağdaş rayonu istiqamətində saatda 90-100 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin idarə etməsini itirmiş və avtomobilin yolun hərəkət hissəsindən yoldan çıxararaq yolun sol kənarındakı ağaca dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində sürücülük hüququ olmaqla, oıta dərəcə alkoqol sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ-21144” minik markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Çarxana kəndi ərazisindən keçən hissəsində Ağdaş rayonu istiqamətində saatda 90-100 km/saat sürətlə hərəkətdə olarkən avtomobil üzərində idarə etməni itirmiş və avtomobilin yolun hərəkət hissəsindən avtomobili yoldan çıxararaq yolun sol kənarındakı ağaca vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Törətdiyi əməldən peşmandır. Məhkəməyə təqdim edilmiş Qəbələ rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “VAZ-21144” minik markalı **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən, "inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərardan sübuta yetmişdir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, eləcə də törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılması tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x1 Yevlax RQİ və TBŞ-ə tapşırılsın. Qərarın surəti alındığı andan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-262/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-262/2020
20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver