Məhkəmə qərarları › İş №3(046)-264/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-264/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-264/2023 20.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokoluı tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay RPŞ-nin inzibati binasında polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları gəlmiş, ona banka borclu olduğu üçün axtarışda olduğunu, buna görə də onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər, polis əməkdaşlarına etiraz etməmiş, polis şöbəsinə getmişdir. Polis şöbəsində əməkdaşlar onu təhqir etmiş, şillə ilə vurmuşlar. Lakin heç bir polis əməkdaşını təhqir etməmiş, qanun pozuntusuna yol verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin sahə rəisi polis leytenantı X1 göstərmişdir ki, Şəxs barəsində axtarış işi açıldığından digər polis əməkdaşı ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində onun yaşadığı Göyçay rayonu Çərəkə kəndinə getmişlər. Şəxs barəsində axtarış qərarı olduğunu, buna görə də polis şöbəsinə gəlməli olduğunu bildirmiş, həmin vaxtı Şəxs etiraz etməyərək onlarla polisə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Şəxs Polis şöbəsində polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər işlətmiş, onu nizam-intizama dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hərəkətlərini davam etdirmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:05—də inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Şəxs tərəfindən cərimə ödənilməmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:05-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar