Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-264/2025 05.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində sürücülük hüququ və etibarnaməsi olmaqla idarə etdiyi «Mercedes Benz E230» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, R.Rza küçəsində avtomobili arxaya hərəkət etdirərkən Zərərçəkmiş şəxs vurmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər yetirmişdir. Bu barədə Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 19 radələrində Göyçay şəhəri, R.Rza küçəsində iş yerinin yanında idarə etdiyi «Mercedes Benz E230» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirib döndərmək istəyərkən gecə saatları olduğu üçün yan güzgüdən arxadan kimin keçdiyini görməmiş, avtomobilin arxa sağ yan hissəsi Zərərçəkmiş şəxs dəymiş, hadisə nəticəsində o avtomobildən düşmüş, Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət olduğu bildirilmişdir. Hadisə ilə əlaqədar olaraq oraya polis əməkdaşları gələrək araşdırma aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanada müayinə olunduqdan sonra onun müalicə xərclərinin hamısını ödəmiş, idarə etdiyi avtomobilinə əyləşdirərək yaşadığı ünvana aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Göyçay şəhəri, 5 saylı tam orta məktəb tərəfdən gələrək piyada keçidinin yanında dayanmış, həmin vaxt üzünü sağ tərəfə çevirən zaman qəflətən bir avtomobil ona möhkəm şəkildə dəymiş, aldığı zərbə nəticəsində müqavimətini itirərək yerə yıxılmış, həmin vaxt qolunun sındığını hiss etmişdir. Daha sonra iki nəfər tanımadığı cavan oğlan ona yaxınlaşmış, onun əlindən tuturaq ayağa qaldırmışdır. Hadisə vaxtı Elnur idarə etdiyi avtomobildən düşməmiş, onun səs-küyünü eşitdikdən sonra ona tərəf yaxınlaşmış, onu evinə aparmasını dedikdə, Elnura ağrısının olduğunu, onu təcili tibbi yardım bölməsinə aparmasını bildirmişdir. Daha sonra Elnur ilə birlikdə təcili tibb yardım bölməsinə getmiş, orada olarkən təcili yardım işçiləri onu qəbul etməmiş, ona Göyçay rayon mərkəzi xəstəxanasına getməli olduğunu bildirmişlər. Göyçay rayon mərkəzi xəstəxanasında Elnur həkimlərə onun təhziqinin qalxdığı üçün yerə yıxıldığını demiş, sonradan həkimlər onu müayinə edən zaman qolunun qalxmadığını, aldığı xəsarət nəticəsində qolunda qançır izlərinin olduğu aşkar edilmişdir. Sonradan ona iki dəfə ağrıkəsici iynə vurulmuş, lakin ağrısı kəsməmişdir. Orada olan həkim onu bütöv şəkildə müayinə edən zaman onun xırda toxumalarının əzildiyini bildirmişdir. Sonra ordan DİN 102 xidmətinə zəng edilmiş, Anar Feyzullayev və digər polis əməkdaşı oraya gəlmişdir. Rentgen müayinəsində olduqda və ekspertizadan keçirildikdə də ona qolunda və bədənində sınığının olmadığı, lakin aldığı xəsarət nəticəsində bədəninin əzildiyi deyilmişdir. Bir ay müddət müalicə etdirmiş, müalicə xərclərini ödəməsi ilə bağlı Elnurun dedikləri hamısı yalandır. Belə ki, bütün xəstəxana və müalicə məsrəflərini özü qarşılamış, Elnur ona 20-30 manat civarında iynə dərman almış, lakin həmin iynə onun bədəninə düşmədiyi üçün ondan istifadə etməyərək atmışdır. Hadisə vaxtı qolunda olan qızıl qolbaq aldığı xəsarət nəticəsində açılaraq yerə düşmüş, sonradan onu da tapa bilməmiş, bununla bağlı polisə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Onun barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində sürücülük hüququ və etibarnaməsi olmaqla idarə etdiyi «Mercedes Benz E230» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, R.Rza küçəsində avtomobili arxaya hərəkət etdirərkən Zərərçəkmiş şəxs vurmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. Zərərçəkmiş şəxs məxsus itmiş olan 1 (bir) ədəd qızıl qolbağın tapılması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 733 saylı rəyin nəticə hissəsindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı - sol saidin yuxarı 1/3-nin bayır səthində yumşaq toxumanın şişkinliyi, sol dirsək oynağında hərəkətlərin bir qədər məhdudluğu fonunda və sol diz oynağının ön səthində qançırlar küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. BC seriyalı, 860579 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs DİN BDYPİ Qİİ Kürdəmir Asan xidməti mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz E230» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, «Mercedes Benz E230» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 tərəfindən Şəxs etibarnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-264/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-264/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver