Məhkəmə qərarları › İş №3(046)-269/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-269/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-269/2022 26.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu Qarabaqqal kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 26.04.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında ucadan nalayiq söyüşlər söymüş, onu sakitləşdirərək nizam-intizama dəvət edən polis baş leytenantı X2 qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, 26.04.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında ucadan nalayiq söyüşlər söymüş, onu saktiləşdirərək nizam-intizama dəvət edən polis baş leytenantı X2 qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş X3 göstərmişdir ki, 26.04.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən "xxxx" ASC-nin yaxında olduğu zaman Şəxs ucadan nalayiq söyüşlər söydüyünü görmüş, həmin vaxt polis əməkdaşları Tehrana yaxınlaşaraq nizam-intizama dəvət etmiş, Tehran polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin PPX-nin polis nəfəri X6 izahat verərək göstərmişdir ki, 26.04.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən "xxxx" ASC-nin yaxınlığında Şəxs ucadan nalayiq söyüşlər söydüyünü görmüş, həmin vaxt digər polis əməkdaşları ilə birlikdə Tehranı nizam-intizama dəvət etmiş, Tehran onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş X4 və X1 şahid X6 oğlunun izahatına uyğun izahat vermişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 26.04.2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar