Məhkəmə qərarları › İş №3(046)-274/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-274/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-274/2022 12.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «ünvan 2ülkiyyətində olan Kamaz 5410 yük markalı **-AC-*** dövlət nömrəli avtomobil 25.12.2021-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrində texniki baxışdan keçirilmədən idarə edilmişdir. "xxxx" MMC-yə Kamaz 5410 yük markalı **-AC-*** dövlət nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə təqdim etməmişdir. "xxxx" MMC-yə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə ünvanlanmış bildirişdən görünür ki, «ünvan 2ülkiyyətində olan Kamaz 5410 yük markalı **-AC-*** dövlət nömrəli avtomobilin Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrində idarə etmiş şəxs barəsində məlumatların 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. "xxxx" MMC həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə "xxxx" MMC-yə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq "xxxx" MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar