Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-275/2022 04.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Göyçay şəhərində xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Yalman kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə Göyçay rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 03.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 02.05.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi VAZ-21074 markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan narkotik maddənin təsiri altında idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, 02.05.2022-ci il tarixdə, saat 22 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi VAZ-21074 markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Yol Polis əməkdaşı onu saxlamış, sənədlərini təqdim edərkən Yol Polisi ona sərxoşluq müayinəsindən keçməsini təklif etmiş, bundan sonra Mingəçevir şəhərində tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçərkən narkotik vasitənin təsiri altında olduğu müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş 02.05.2022-ci il tarixli 526 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 02.05.2022-ci il tarixdə narkotik vasitə olan marixuananın təsiri altında olmuşdur. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs 02.05.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində idarə etdiyi VAZ-21074 markalı **-XZ-*** avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş və narkotik vasitənin təsiri altında olmuşdur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, ona 8 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 04.05.2022-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-275/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-275/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver