Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-275/2023 08.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, barəsində qərar çıxarılmış şəxs X10 və vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X18 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 700 manat inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə (işçinin əmək, məzuniyyət, ezamiyyə xərclərinin hesablanması və ödənilməsində yol verdiyi qanun pozuntusan görə) onun barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Təcili və X8 stansiyasının ümumi heyyətin tibb bacısı X7 öz ixtisasını artırmaq üçün xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək X29 göndərilmişdir. Sözügedən müddətdə X4 yemək xərci və yol pulu Göyçay RMX tərəfindən tamamilə ödənilsə də, mehmanxana xərci ödənilməmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ tərəfindən Sevinc İsrayılovanın əri Cavanşir İsrayılova verilən cavabdan məlum olur ki, hər hansı ezamiyyə xərcinin ödənilməsi üçün təşkilatçı tərəfin arayışı mütləq şəkildə təqdim olunmalıdır. Əks halda ezamiyyə xərcinin ödənilməsi həyata keçirilə bilməz. Ancaq işin faktiki hallarına nəzər yetirdikdə görürük ki, təşkilatçı tərəf olan X31 tərəfindən X5 ezamiyyə ödənişinin verilməsi üçün hər hansı arayış verilməmişdir. Buna görə də, X5 ezamiyyə xərcinin ödənilməsi üçün əsaslar müəyyən edilməmişdir. Sevinc İsrayılova sözügedən ixtisasartırma kursuna hər hansı bir xidməti tapşırığını yerinə yetirmək üçün iştirak etməmişdir. Belə ki, sözügedən ixtisasartırma kursundan sonra işçilərin peşakarlıq səviyyəsini müəyyən etmək üçün attestasiya həyata keçirilir. Məhz həmin attestasiyadan sonra işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması barədə müvafiq rəy verilir. Göründüyü kimi, X7 öz istəyi ilə ixitisasartırma kursuna yazılmış və həmin kursda iştirak etmişdir. Bundan başqa, Sevinc İsrayılova xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ixtisas artırmaq üçün X29 göndərilmişdir. Sonuncu X27 həyata keçirilən ixtisasartırma kursunda hər hansı xidməti tapşırıq üçün iştirak etməmiş, yalnız öz ixtisasını artırmaq üçün öz marağına uyğun olaraq iştirak etmişdir. Buna görə də hesab edir ki, X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində qərar çıxarılmış şəxs X18 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. X1 vəkili Vəkil məhkəmə iclasında izahat verərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Könül Əliyeva barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə tərtib edilmiş protokolda inzibati xəta hadisəsinin nə vaxt, harada baş verməsi, eləcə də inzibati xətanın mahiyyəti dəqiq göstərilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda X21 İsrayılovanın ezamiyyətdə olduğu dövr üzrə ezamiyyə xərclərini ödəməməsi və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 nömrəli qərarının tələblərini pozduğu göstərilmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Sevinc İsrayılovanın xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək X14 dövrü xidməti tapşırığı yerinə yetirmək üçün getməsi kimi deyil, müvafiq sahə üzrə bilik və bacarığını, yəni ixtisasını artırmaq üçün getməsi kimi qiymətləndirilməlidir. Belə olan halda Könül Əliyevanın həmin dövr üçün Sevinc İsrayılovaya ezamiyyə xərcini ödəməsi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə (işçinin əmək, məzuniyyət, ezamiyyə xərclərinin hesablanması və ödənilməsində yol verdiyi qanun pozuntusan görə) X18 barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 X27 ezamiyyətdə olduğu müddətdə ezamiyyə xərcləri ödənilmədiyindən Göyçay rayon X12 Hüquqi şəxsin maliyyə şöbəsinin müdiri işləyən X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş 14 aprel 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat inzibati qaydada cərimə edilmişdir. İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 noyabr 2022-ci il tarixli 301-K saylı əmrindən görünür ki, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Göyçay rayon X13 və X8 Stansiyasının Ümumi heyətin Tibb bacısı X7 «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X29 göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Göyçay rayon X12 Hüquqi şəxsin təcili təxirə salınmaz tibbi yardım stansiyasının tibb bacısı X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X11 dövr ərzində ona ezamiyyə xərci verilmədiyinə görə Göyçay rayon X12 Hüquqi şəxsin maliyyə şöbəsinin müdiri Könül Əliyeva barəsində İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, yalnız bu sahəni nizama salan normativ hüquqi aktların tələblərinin pozulmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib, tənbeh edilə bilər. Lakin inzibati xəta haqqında protokolda barəsində inzibati icraat aparılan Könül Əliyevanın hansı qanun pozuntusuna yol verməsi göstərilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi vəzifəli şəxsin Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhz qanun pozuntusuna yol verməlidir. İnzibati xəta haqqında protokolda isə qanun pozuntusu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 nömrəli qərarı qeyd edilmişdir. «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində «X6»nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X6»nın 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İstinad olunan normaların tələbindən göründüyü kimi yalnız müəyyən müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getmiş işçiyə «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci bəndində göstərilən məbləğdə ezamiyyə xərci ödənilir. İşin hallarından göründüyü kimi X7 «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X29 göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ğ bəndinə əsasən işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları siyahısına daxil edilmişdir. Məhz bu normanın tələbinə əsaslanan Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞnin direktoru Yaşar Əhmədov, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbinə uyğun olaraq Təcili və X8 Stansiyasının Ümumi heyətin Tibb bacısı X4 «Tibb bacısının işi» ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X29 göndərilməsi barədə əmr vermişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. İşin hallarından göründüyü kimi X7 ixtisasının artırmaq məqsədi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən tədrisə cəlb edilmişdir. Buradan aydın olur ki, X24 Tibb Kollecinə xidməti tapşırığı yerinə yetirmək üçün deyil, ixtisasını (təhsilini) artırmaq üçün göndərilmişdir. İxtisasartırmaya (tədrisə) cəlb edilmiş işçinin ixtisasartırma xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göründüyü kimi qanunverici ezamiyyə və Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərclərinin ödənilməsi qaydasını dəqiq müəyyən etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti göstərilməmiş, bunun davamı olaraq prosessual pozuntularla tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X22 təqdim edilmişdir. Azərbaycan Respublikası İXMnin 100.1.3 və 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. İnzibati xəta haqqında işin baxılmasına hazırlanması zamanı vəzifəli şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X25 tərtib edilmiş inzibati xəta haqqında protokolun və protokola əlavə edilmiş digər sənədlərin düzgün tərtib edilib-edilməməsinə, təqdim edilmiş materialların natamam olub-olmamasına nəzər yetirməmiş, bunun nəticəsində İXM-nin tələblərinin pozulması ilə tərtib edilmiş protokola baxaraq, X10 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 109.1, 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Eyni zamanda, iş materiallarından görünür ki, X10 təqsirli bilindiyi maddə üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən ona Azərbaycan Respublikası İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməmiş, inzibati icraat zamanı iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X18 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti qismən təmin edilməli, X18 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X10 şikayəti qismən təmin edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3ytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-275/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-275/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver