Məhkəmə qərarları › İş №3(046)-276/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-276/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-276/2021 02.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Nizami küçəsi dalan 14 ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində 02 sentyabr 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 23.07.2021-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri B.Mirzəyev küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 01 ədəd dəyəri 50 manat olan samovarı gizli yolla talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 23.07.2021ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri B.Mirzəyev küçəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 01 ədəd dəyəri 50 manat olan samovarı gizli yolla talamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəməyə təqdim edilmiş 14.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tutma haqqında 01.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 01.09.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Göyçay rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 23 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmadığını, eləcə də il ərzində eyni inzibati xətanı təkrarən törətdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 1 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 01.09.2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar