Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-276/2025 08.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İV X11 Xidmətinin inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da X4 Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu Göyçay kəndi Qaraməryam ərazisindən keçən 193-cü kilometirliyində idarə etdiyi X9 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü Yevlax istiqamətinə saatda 50 kilometir sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış X3 məxsus Vaz 2115 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş, daha sonra səki ilə üzü Yevlax istəqamətinə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid edilmiş xəsarət almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs X4 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək, törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, barışmışdır. Barəsində inzibati cərimə tənbeh tədbirinin görülməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, inzibati xəta törətmiş X4 ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. X1 heç bir şikayəti və tələbi yoxdur. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Aparılan-araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarxidə saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu Göyçay kəndi Qaraməryam ərazisindən keçən 193-cü kilometirliyində sürücü, Şəxs idarə etdiyi X10 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı aftomobili ilə üzü Yevlax istiqamətinə saatda 50 kilometir sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış X3 məxsus Vaz 2115 markalı **-BM-***^dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş sonra isə səki ilə üzü Yevlax istəqamətinə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuşdur. Toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından HK-297 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən üzərində olan xəsarətlər-sağ saidin yuxarı-orta-aşağı 1\3-nin arxa səthində yumşaq toxumalarının şişkinliyi,əllədikdə ağrılı olması ilə nəticələnən qançır fonunda sağ dirsək oynağının açma və bükmə hərəkətlərin bir qədər ağrı ilə müşahidə edilməsi küt-bərk travma təsirindən törənmiş, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Məhkəmə X2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X4 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-276/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-276/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver