Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-277/2024 02.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Göyçay rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri Göyçay şəhərində nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə protokol tərtib edilmiş və baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Göyçay rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokolda Şəxs istinad edilən inzibati xətanın törədildiyi vaxtı, yer, eləcə də inzibati xətanın mahiyyəti qeyd edilməmiş, protokolda inzibati xətanın mahiyyətinə dair aparılmış qeydlərin oxunması mümkün olmamışdır. Bundan başqa Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış, barəsində protokol tərtib edilərkən ona hüquq və vəzifələri izah edilməmiş, müdafiəçi ilə təmin edilməmişdir. Eləcə də inzibati xəta materialı ilə tanış edilməmişdir. Bundan başqa Şəxs inzibati xəta haqqında protokolu imza etməkdən imtina etməsi barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. E-məhkəmə sistemi çıxarışından görünür ki, Şəxs 1-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Göründüyü kimi Şəxs 1-ci qrup əlil olmaqla özünü müdafiə etmək iqtidarında olduğu müəyyən edilməmişdir. Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə inzibati xəta haqqında Göyçay Rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol və əlavə edilmiş sənədlər Göyçay rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-277/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-277/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver