Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-278/2024 02.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon X6 X8 Yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiçisi Göyçay rayon Vəkil Bürosunu vəkili X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, himayəsində iki az yaşlı uşağı olan Göyçay rayonu, Qızılağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29 mart 2024-cü il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Vaz 2101” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri, Yuri Kovalyov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün xidməti vəzifəsini yerinə yetirən Göyçay rayon X6 X8 Yol patrul xidməti inspektoru X4 tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi və eyni zamanda barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Həmin faktla bağlı Göyçay rayon X6 X8 Yol patrul xidməti inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.2-ci maddələri ilə 30 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X6 X8 Yol patrul xidməti inspektoru X4 izahat verərək göstərmişdir ki, Şəxs 29 mart 2024-cü il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Vaz 2101” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri, Yuri Kovalyov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yaxınlaşıb özünü təqdim etdikdə Şəxs spirtli içki iyi gəldiyi və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Daha sonra xidməti avtomobillə Şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, müayinə zamanı alkoqolun miqdarı 0.544 promili olmuşdur. Şəxs barəsində protokol tərtib edilməmişdən qabaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron portalına baxılarkən Şəxs 22 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və barəsində 500 manat miqdarında inzibati qaydada cərimə olunması faktı müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il keçmədən, yəni 29 mart 2024-cü il tarixdə təkrar törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, əsəblərində yaranmış narahatçılıqla bağlı mütəmadi olaraq spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Vaz 2101” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri, Yuri Kovalyov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yol patrul xidməti əməkdaşı avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş, sənədləri istəyən zaman spirtli içki iyi gəldiyi üçün ondan içki qəbul edib-etmədiyini soruşmuş, yol patrul xidməti əməkdaşına spirtli içki qəbul etdiyini demişdir. Daha sonra yol patrul xidməti əməkdaşı ilə birlikdə xidməti avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, sərxoşluq tibbi müayinəsindən keçmiş, müayinə zamanı sərxoş olduğu müəyyən olunmuşdur. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Müdafiəçi – Göyçay rayon Vəkil Bürosunun vəkili X5 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, xəstəliyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli, 327 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, qanda (alkoqolun konsentrasiyası) 0.544 promilli təşkil etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-ciil tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-ci bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs qismində inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən saat 19:05-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 18 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-278/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-278/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver