Məhkəmə qərarları › İş №3(046)-279/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-279/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-279/2021 03.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, 12.01.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu 2-c Ərəbcəbirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 03 sentyabr 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 02.09.2021-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu 2-ci Ərəb kəndində ucadan səs-küy salmış, ona yaxınlaşan xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onlara nalayiq söyüşlərlə söymüşdür. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, 02.09.2021-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu 2-ci Ərəb kəndində əmisi oğlu X5 ilə aralarında mübahisə baş vermiş, bir-birlərini nalayiq söyüşlərlə söymüşlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq, nizam-intizama dəvət etmiş, polis əməkdaşlarının qanuni tələblərə tabe olmamış, polis əməkdaşlarını ucadan söyərək təhqir etmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş X6 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, 02.09.2021-ci il tarixdə saat 21 radələrində xidmətdə olduğu zaman Göyçay rayonu 2-ci Ərəb kəndində küçədə X5 ilə Şəxs mübahisə edərək bir-birlərini nalayiq söyüşlərlə söydüklərini görmüş, onlara yaxınlaşaq nizamintizama dəvət etmiş, lakin Vasif onun qanuni tələblərinə tabe olmamış, ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X4 göstərmişdir ki, 02.09.2021-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu 2-ci Ərəb kəndində küçədə X5 ilə Şəxs mübahisə etdiyini görmüş, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək müqavimət göstərmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X7 şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 02.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. X3 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 02.09.2021-ci il tarixdən saat 21:40-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar