Məhkəmə qərarları › İş №3(046)-279/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-279/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-279/2025 29.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1980-cı ildə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Çaxırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 28 aprel 2025-ci il tarixdə saat 19.55 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay rayon Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o 28 aprel 2025-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində «Bolluq» mağazasının yanında mobil telefon ilə danışan zaman əsəbiləşərək uca səslə söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etsələrdə o uca səslə söyməyə davam etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 izahat verərək bildirdi ki, 28 aprel 2025-ci il tarixdə saat 19 radələrində Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə şəhər ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin Göyçay şəhəri, Heydər Əliyev prospektində mobil telefon vasitəsi ilə danışaraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün onlar həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edərək onu nizam intizama dəvət etsələrdə adını sonradan öyrəndikləri Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Göyçay RPŞ-nə avtomobilə əyləşdirib gətirən zaman o avtomobildə onlara müqavimət göstərərək düşüb qaçmaq istəmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 027359 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində «Bolluq» mağazasının yanında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş,ixtimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələbini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən müvafiq olaraq xətanın ictimai və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs eyni vaxtda öz hərəkətləri ilə həm İXM-in 510-cu, həm də 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən, daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar