Məhkəmə qərarları › İş №3(046)-28/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-28/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-28/2021 03.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, X3 İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsi barədə şikayətinə Göyçay şəhərində xx.xx.2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 ərizə ilə məhkəməyə müraciət edərək barəsində Göyçay rayon YPX-nin inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə təqdim etdiyi ərizəyə İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, İnzibat Xətalar Məcəlləsində inzibati xəta protokolundan şikayət verilməsi nəzərdə tutulmadığından X3 şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolun ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. X4 inzibati xətalar məcəlləsində inzibati protokoldan şikayət verilməsi nəzərdə tutulmadığı izah edilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar