Məhkəmə qərarları › İş №3(046)-28/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-28/2024

02.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-28/2024 02.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İinzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d ı̇ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 1 ay əvvəl Bakı şəhərində olduğu zaman yerdə büküm olduğunu görmüş, marağını çəkdiyi üçün həmin bükümü götürmüşdür. Bükümü açdıqda içərisində narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün həmin maddəni götürüb özü istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Göyçay şəhəri ərazisində tanışı X1 ilə birlikdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış, həmin vaxt narkotik vasitə onun üzərində olmuşdur. Polis əməkdaşları onları polis şöbəsinə aparmış, polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Törətdiyi əməlindən peşmandır. İnzibati materiala əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/1 saylı rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş 01 ədəd salfet bükümdəki içərisində bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1,21 qram olan qurudulmuş marixuanadır. 01 ədəd yarımçıq papirosda, təmiz çəkisi 0,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasite-qurudulmuş marixuanadır. 01 ədəd gümüşü-ağ rəngli bükümdəki, təmiz çəkisi 0,022 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: 1) Marixuananın təmiz çəkisi-1.21 qr, tədiqiqata sərf edildi-0.02 qr, qalıq – 1.19 qram. 2) 1) Marixuananın təmiz çəkisi-0.04 qr, tədiqiqata sərf edildi-0.02 qr, qalıq – 0.02 qram. 3) metamfetaminin təmiz çəkisi 0.022 qram, tədqiqata sərf edildi 0.010 qr qalıq 0.012 qr. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:25-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 1.21 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və 0.012 qram metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:25-dən hesablansın. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 1.21 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və 0.012 qram metamfetamin məhv edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar