Məhkəmə qərarları › İş №3(046)-281/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-281/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-281/2025 02.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Ə.Qarayev küçəsi ev 7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 4250 manat aliment borcunu üzrsüz səbəbdən Zərərçəkmiş şəxs ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə aliment tutulmuşdur. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Bakı şəhərində taksi fəaliyyəti ilə məşqul olur. xx.xx.2025-ci il tarixdə 900 manat əmək haqqı alacaqdır. Aliment borcundan ödəniş edəcəkdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, inzibati xəta törətmiş Şəxs ona aliment bocundan heç bir ödəniş etməmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)-1022/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs tətbiq olunmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-817/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 25 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ-2300 Nəriman Nərimanov küç., 56 Tel: (02027) 4-00-55, Faks: (02027) 4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan 04 may 2020-ci il 3(046)-352/2020 Göyçay rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri cənab İlqar Abdurahmanova (məlumat üçün) Göyçay rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Sənan Əsədova (icrası üçün) Göyçay rayon Məhkəməsinin 3(046)-352/2020 saylı 04 may 2020-ci il tarixli qərarı Sizə göndərilir. Qoşma: Qərar ( ) vərəqdə Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar