Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-283/2022 19.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X8 iştiraki ilə, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 4000 manat inzibatı cərimə edilməsinə dair 12.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində 12 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və MN № ******* saylı 20.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokol əsasında qərar qəbul edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyin bildirmişlər. Protokol Göyçay rayon Polis şöbəsinin sahə rəisi X21 qərəzli qaydada tərtib etdiyi 30.03.2022-ci il tarixli izahatları və raportu əsasında X24 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmişdir. Protokola etiraz etməklə imza etməmiş və poçt vasitəsi ilə 26.04.2022-ci il tarixli məktubla ona verilmişdir. Qeyd edir ki, tərtib edilmiş protokolda və qərarda göstərilən inzibati xətaya yol verməmişdir. Belə ki, Göyçay rayon Polis şöbəsinin sahə rəisi leytenant X25 30.03.2022-ci ildə öz qulluq mövqeyindən suiistifadə etməklə, səlahiyyət həddini aşaraq, zorakılıqla dönərxanaya daxil olaraq həmin gün təmizlik işi aparan X4, X19 və X15 polis şöbəsinə aparıb orada saxlamış, həmin şəxslərə təzyiq göstərərək X21 qərəzli qaydada kompüterdə yazdığı izahatlara imza etdirmişdir. Bildirir ki, dönərxananın iş fəaliyyəti tamamilə qanunun tələblərinə uyğun olaraq işçilərlə əmək müqaviləsi bağlanmış, vergi və sair ödəmələr müntəzəm qaydada ödənilmişdir. Bu barədə Ərazi Vergi İdarəsində və Əmək Müfəttişliyinin regional şöbəsində müvafiq qeydiyyat vardır. Adları işçi kimi qeyd edilən X9 və X22 həmin gün üçün dönərxanada sanitar günü olduğundan təmizlik işləri aparmaq üçün orada olmuşlar və həmin şəxslər dönərxanada daimi işçi kimi fəaliyyət göstərməmişlər. Buna görə də barəsindən tərtib edilmiş qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X11 izahat verərək göstərmişdir ki, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Tontiş” kafesində işəgötürənlə işçilər arasında əmək müqaviləsi olmadığı barədə Göyçay rayon Polis şöbəsindən X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə 05.04.2022-ci il tarixdə X10 barəsində material göndərilmişdir. Materiala əlavə edilmiş X6 tərəfindən verilmiş 30.03.2022-ci il tarixli izahatla müəyyən edilmişdir ki, Nurəngiz Abdullayeva “Tontiş” kafedə xidmətçi işləyir və əmək müqaviləsi yoxdur. Bundan başqa X22 tərəfindən verilmiş 30.03.2022-ci il tarixli izahatla müəyyən edilmişdir ki, X22 “Tontiş” kafedə dönərçi işləyir və əmək müqaviləsi yoxdur. Eləcə də, X10 tərəfindən verilmiş 30.03.2022-ci il tarixli izahatla müəyyən edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Tontiş” kafesinin sahibidir. Kafedə dönərçi işləyən X22 və kafedə xidmətçi işləyən X6 ilə əmək müqaviləsi bağlamamışdır. Bundan sonra X10 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi 12.04.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən işə baxılması 20.04.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş, işə baxılmasının vaxtı və yeri barədə X7 məlumat verilmiş, 20.04.2022-ci il tarixdə X10 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş 01.04.2022-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon Polis Şöbəsi tərəfindən X10 barəsində toplanmış materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə gönədirilmişdir. İnzibati materiala əlavə edilmiş X3 Göyçay RPŞ-də 30.03.2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, Nurəngiz Abdullayeva “Tontiş” kafedə xidmətçi işləyir və onunla əmək müqaviləsi bağlanmamışdır. İnzibati materiala əlavə edilmiş X16 Göyçay RPŞ-də 30.03.2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, X22 “Tontiş” kafedə dönərçi işləyir və onunla əmək müqaviləsi bağlanmamışdır. İnzibati materiala əlavə edilmiş X5 Göyçay RPŞ-də 30.03.2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Tontiş” kafesinin sahibidir. Kafedə dönərçi işləyən X22 və kafedə xidmətçi işləyən X6 ilə əmək müqaviləsi bağlanmamışdır. İnzibati materiala əlavə edilmiş 12.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X2 şəhəri Natəvan küçəsində yerləşən “Tontiş” kafedə 30.03.2022-ci il tarixdə X16 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsinə görə X10 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş 20.04.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə X10 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 30.03.2022-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarına əməl edilməsini yoxlanılması ilə əlaqədar olaraq Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Tontiş” kafesində yoxlama keçilmiş, yoxlama zamanı faktiki olaraq kafedə işləyən X22 və X6 ilə kafenin sahibi X10 ilə əmək müqaviləsi bağlamadığı müəyyən edilmişdir. Bununla bağlı Göyçay RPŞ-də X16, X3 və X5 izahatları alınmışdır. Toplanmış materiallar qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilmişdir. 12.04.2022-ci il tarixdə X10 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən 20.04.2022-ci il tarixdə 4000 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X10 30.03.2022-ci il tarixdə özünə məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Tontiş” kafedə vəzifəli şəxs kimi əmək qanunvericiliyin tələblərini pozmuş, X6 və X22 ilə əmək müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən qəbul edilmiş 20.04.2022-ci il tarixli qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X5 şikayəti əsassız və təmin edilməmlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən 20.04.2022-ci il tarixli MN ******* İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-283/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-283/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver