Məhkəmə qərarları › İş №3(046)-292/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-292/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-292/2021 04.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, subay Azərbaycan Respublikasının vətəndaşı Göyçay şəhəri R.İsayev küçəsi ev 51-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-cİ maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 25.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 25.07.2021-ci il tarixdə saat 07 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-də 719 saylı stasionar yoxlama postunda nəzarət qaydasında dayandırılmış, sürücünün sərxoş olduğu barədə əsaslı şübhələr olduğundan sərxoşluq müayinəsində keçirilmiş, müayinə zamanı Şəxs Nissan Sunny markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobili şərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərmişdir ki, 25.07.2021-ci tarixdə saat 07 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-də Nissan Sunny markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən 719 saylı stasionar yoxlama postunda yol patrul xidməti inspektoru Nümayəndə onu saxlamış, sərxoşluq müayinəsindən keçməyi təklif etmişdir. Yol patrul xidməti əməkdaşı ilə razılaşmış, bundan sonra feldşer xüsusi texniki vasitə ilə sərxoşluq müayinəsindən keçmiş, sərxoş olmadığı müəyyən edilmişdir. Lakin onun barəsində İXMnin 333.1-ci i maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bundan başqa onun tibbi müayinəyə göndərmək haqqında protokol tərtib edilməmiş, müayinə həkim narkoloq tərəfindən keçirilməmişdir. Buna görə də hesab edir ki, qanunsuz olaraq sərxoşluq müayinəsindən keçirilmişdir. İnzibati materiala əlavə edilmiş 25.07.2021-ci il tarixli 521 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, X1 25.07.2012-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuş, orqanizimində alkoqolun miqdarı 0,4 promilli olmuşdur. Məhkəməyə təqdim edilmiş hadisəni əks etdirən DVD disk görüntülərindən görünür ki, Şəxs müayinədən keçirilmiş, xüsusi texniki vasitənin ekranında onun sərxoş olduğu müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, oğlu 25.07.2021-ci il tarixdə saat 07 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-də 719 saylı stasionar yoxlama postunda nəzarət qaydasında dayandırılmış, sürücünün sərxoş olduğu barədə əsaslı şübhələr olduğundan sərxoşluq müayinəsində keçirilmiş, onun sərxoş vəziyyətdə olduğu barədə akt tərtib edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli Qərarının 3.1. bəndinə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. İşin faktiki hallarından görünür ki, 25.07.2021-ci il tarixdə saat 07 radələrində Şəxs tibbi müayinədən keçirilməsi protokol tərtib edilməmişdir. Bundan başqa Şəxs sərxoş olubolmamasının müəyyən edilməsi üçün alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktında müayinəni aparan həkimin vəzifəsinin qeyd edilməməsi, müayinənin həkim-narkoloq tərəfindən həyata kecirilməməsini şübhə atlında qoyur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli Qərarının kobud şəkildə pozulmasına dəlalət edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş DVD disk görüntülərində xüsusi texniki vasitənin ekranında Şəxs orqanizimin bioloji mühitində alkoqolun miqdarı görünməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs istinad edilən inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin imperativ tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsi inzibati xətanın tərkibinin həmin əlamətlərini “obyekt”, “obyektiv cəhət”, “subyekt”, “subyektiv cəhət “ adlandırır. İnzibati xətanı xarakterizə edən əlamətlər hər bir inzibati xətanın tərkibi üçün zəruri olmaqla bərabər “inzibati xətanın obyektiv cəhətini” təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti inzibati xətanın obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər inzibati xətanın obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, inzibati xətanın obyektiv cəhəti – insanın qanunula qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış formasıdır. Beləliklə, inzibati xətanın obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər inzibati xətanın “obyektiv cəhəti” xətanın əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, inzibati məsuliyyət ehtimalını istisna edir. Bu hallarda (yəni inzibati xətanın obyektiv cəhəti xətanın əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) inzibati xəta törədən əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 25.07.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar