Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-3/2025 17.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1950-ci ildə Göyçay rayonu, Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində özünə məxsus olan xırda buynuzlu heyvanları nəzarətsiz asfalt-beton örtüklü yola buraxmış, nəticədə həmin yolla hərəkətdə olan X5 idarə etdiyi «Mercedes Benz» minik markalı **-HG-*** dövlət nömrə nişanlı avtomaşınla xırda buynuzlu heyvanlardan birini vurmuşdur. X1 idarə etdiyi «Mercedes Benz» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1150 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Göyçay rayon polis şöbəsində verdiyi izahatı təsdiq etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində özünə məxsus olan «Mercedes Benz» minik markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisindən keçən hissəsində saatda 50 km/saatla hərəkətdə olarkən qarşıda yolun kənarı ilə gedən qoyun sürüsündən birini azyaşlı uşaq hürküdərək asfalt-beton örtüklü yola çıxartmış və nəticədə onun idarə etdiyi avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Hadisədən sonra avtomobilinə 1150 manat maddi ziyan dəymişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 yanvar 2025-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində özünə məxsus olan xırda buynuzlu qoyun heyvanlarını nəzarətsiz asfaltbeton örtüklü yola buraxmış, nəticədə həmin yolla hərəkətdə olan X5 idarə etdiyi «Mercedes Benz» minik markalı **-HG-*** dövlət nömrə nişanlı avtomaşınla xırda buynuzlu heyvanlardan birini vurmuşdur. X1 idarə etdiyi «Mercedes Benz» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1150 manat maddi ziyan vurulmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, «Mercedes Benz» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1150 manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, «Mercedes Benz» minik markalı **-HG- *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində Göyçay rayonu, Xəlitli kənd sakini Şəxs özünə məxsus olan xırda buynuzlu heyvanları nəzarətsiz asfalt-beton örtüklü yola buraxmışdır. Həmin vaxt yolda hərəkətdə olan X2 idarə etdiyi «Mercedes Benz» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz hərəkət zolağında heyvanı vurmuş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələrinə əsasən malqaranın yolda nəzarətsiz qoyulmasına və mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə tədbiq edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-3/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-3/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver