Məhkəmə qərarları › İş №3(046)-30/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-30/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-30/2021 02.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Çayarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində Göyçay rayonunun Çayarxı kəndində zərərçəkmiş şəxs atası Zərərçəkmiş şəxs məxsus bağ sahəsindəki ümumi dəyəri 300 manat olan dəmir əşyaları, eləcə də xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonunun Potu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki 3 ədəd ümumi dəyəri 40 manat olan dəmir barmaqlıqları gizli yolla talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 340 manat dəyərində maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində Göyçay rayonunun Çayarxı kəndində atasına məxsus bağ sahəsindəki ümumi dəyəri 300 manat olan dəmir əşyaları, eləcə də xx.xx.2021-ci il tarixdə saat 18 radələrində atasına məxsus Göyçay rayonunun Potu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki 3 ədəd ümumi dəyəri 40 manat olan dəmir barmaqlıqları oğurlamış, ümumilikdə Zərərçəkmiş şəxs 340 manat məbləğində zərər vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində Göyçay rayonunun Çayarxı kəndində zərərçəkmiş şəxs ona məxsus bağ sahəsindəki ümumi dəyəri 300 manat olan dəmir əşyaları, eləcə də xx.xx.2021-ci il tarixdə saat 18 radələrində ona məxsus Göyçay rayonunun Potu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki 3 ədəd ümumi dəyəri 40 manat olan dəmir barmaqlıqları oğurlamışdır. Ona dəymiş zərər ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs taladığı əmlakların dəyəri 500 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 01 ay 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2021-ci il tarixdən saat 17:30-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar