Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-30/2023 19.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Göyçay Aqrotexservis ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Göyçay Aqrotexservis ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixdə EP ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, Göyçay Aqrotexservis ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli, 6- 1.26-2.2022-16840 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmənin vaxtı və yeri barəsində Göyçay Aqrotexservis ASC-yə məlumat verilmiş, lakin nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Təqdim edilmiş materiallardan görünür ki, Göyçay Aqrotexservis ASC hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə əsasən 548.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Göyçay Aqrotexservis ASC lazımi sənədləri Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmədiyindən Göyçay Aqrotexservis ASC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay Aqrotexservis ASC–yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Göyçay Aqrotexservis ASC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Göyçay Aqrotexservis ASC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Göyçay Aqrotexservis ASC-yə 6000 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-30/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-30/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver