Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-30/2025 23.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.2005-ci ildə Göyçay rayonu İnçə kəndində anadan olmuş,subay,orta təhsilli, işləməyən, Göyçay şəhəri, Nizami küçəsi, ev 197 B, mənzil 10-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 23 yanvar 2025-ci il tarixdə saat 00.05 radələrində Göyçay şəhəri Natavan küçəsində ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis şöbəsinin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 yanvar 2025-ci il tarixdə saat 23.30 radələrində atasına məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı «Vaz 21011» markalı avtomobillə Göyçay şəhəri Natavan küçəsində yerləşən yanacaq doldurma məntəqəsində maqnitofonun yüksək səsi ilə hərəkət etmiş,»Azpetrol» yanacaqdoldurma məntəqəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib,məişət-səs küyün tələblərini pozmasını,gecə saatlarında ictimai qaydanı pozmasını bildirmişlər. O bunun əsassız olduğunu söyləmişdir. Daha sonra polis əməkdaşları onun idarə etdiyi avtomobilə əyləşərək rayon polis şöbəsinə gətirdilər. Həmin zaman o əsəbi olduqu üçün törətdiyi əməli etiraf etməmişdir. Daha sonra rayon polis şöbəsində ictimai asayişi pozduğunu bilmişdir. Hərbi xidmətdən təzəlikcə qayıtmış,törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 00.05 radələrində Göyçay şəhəri Natavan küçəsində bir nəfər şəxsin özünə məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı «Vaz 21011» markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobildə uca səslə musiqi oxudaraq səs-küy tələblərini pozduğunu müəyyən etmişlər. Tərəflərindən qeyd olunan avtomobili saxlayaraq sürücüyə yaxınlaşıb, özlərini təqdim edərək törətdiyi inzibati xəta pozuntusu haqqında ona bildirən zaman sürücü onların qanuni tələblərinə tabe olmayaraq onlara qarşı tabesizlik göstərmişdir. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. Daha sonra RPŞ-də Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduqunu bildirmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-30/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-30/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver