Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-301/2020 27.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Nərimanov rayon Polis İdarəsinin DYP şöbəsinin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin, yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati qərar üzrə İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi barədə qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini müdafiə edərək göstərmişdir ki, Nərimanov rayon Polis şöbəsinin DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsi ilə barəsində xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib edilmiş, həmin protokolda xx.xx.2020-ci il tarixdə saat 18:00-da karantin rejim qaydalarını pozduğu üçün, İXM-in 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada ərzaq almaq üçün SMS-lə 3 saat icazə alaraq şəhər ərazisində olmuş, təxminən 2 saatdan sonra Nərimanov rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X7 ona yaxınlaşaraq, karantin rejimi müddətində hərəkət etdiyindən icazəsinin olub-olmamasını soruşmuş, Polis əməkdaşına müvafiq icra hakimiyyətinin müəyyən SMS vasitəsilə icazənin rəsmiləşdirildiyini bildirsə də barəsində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, karantin rejimi qaydalarını pozduğuna görə X5 xx.xx.2020-ci il tarixdə saat 18:00-da Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agetliyinin “Elektron Hökümətin İnkişafı Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:52-dən 19:52-dək 8103 SMS-icazə sistemində X5 adına icazə qüvvədə olmuşdur. İş üzrə şikayətçini dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati qərarının ləğv edilməsi barədə tələbi təmin edilməlidir. Ona görə ki, xüsusi karantin rejimi zamanı xx.xx.2020-ci il tarixdə saat 16:52-dən 19:52-dək 8103 SMS-icazə sistemində X5 adına icazə qüvvədə olmuşdur. Təqdim edilmiş sübutlardan görünür ki,X2 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X4 istinad edilən inzibati xəta hadisəsi baş verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin, yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı 100 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-301/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-301/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver