Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-306/2020 28.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Nəsimi küçəsi dalan 2 ev 11-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala xx xxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat Göyçay şəhəri polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən çəkisi 1.4 qram olan 01 ədəd üzərinə “WEST” yazılmış, içərisində bozumtul rəngli kütlə olan siqaret dənəsi aşkar edilərək götürülmüşdür. Həmin bozumtul kütlə narkotik vasitə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Nəsimi küçəsində evə gdərkən yolun kənarından tapmış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Törətdiyi əməldən peşimandır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 01 ədəd üzərinə “WEST” yazılmış siqaret dənəsinin içərisində təmiz çəkisi 0.95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəhəşişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 17/445 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş 01 ədəd papirosda kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd üzərinə “WEST” yazılmış siqaret dənəsinin içərisində təmiz çəkisi – 0.95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə - həşişdir. Qeyd: a) Marixuananın təmiz çəkisi-0.95 qr, tədiqiqata sərf edildi-0.02 qr., qalıq – 0.93 qram. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 0.93 qram çəkidə narkotik vasitə - həşiş məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 0,93 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-306/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-306/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver