Məhkəmə qərarları › İş №3(046)-307/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-307/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-307/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Göyçay şəhərində 09 oktyabr 2020-ci il tarixdə xx.xx.1978-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli,fərdi əməklə məşqul olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2, mənzil 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1, 342.5 və 333-1.1-ci maddələri ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1, 342.5 və 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində VAZ 21074 markalı **-MV- *** dövlət nömrə nişanlı avtomobili narkotik vasitənin təsiri altında vəziyyətdə idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində VAZ 21074 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobili narkotik vasitənin təsiri altında vəziyyətdə idarə etmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibi müayinə aktından görünür ki, Şəxs oğlynyn bioloji mühitində narkotik vasitə aşkar edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 342.5 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində VAZ 21074 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomaşını narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM 329.1, 342.5 və 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 342.5 və 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın icrası Yevlax 7 saylı X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar