Məhkəmə qərarları › İş №3(046)-308/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-308/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-308/2020 13.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonunun Potu kəndindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Potu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İsmayıllı RPŞnın DYPB-nın İTÜBİ-nın polis mayoru X4 tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes-Benz C180 minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonunun Hacıhətəmli kəndi istiqamətindən İsmayıllı rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə idarə etdiyi avtomaşın yolun əks isiqamətinə çıxaraq dərəyə aşmışdır. Nəticədə avtomobildə olan sərnişin X1 yüngül dərəcəli zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes-Benz C180 minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonunun Hacıhətəmli kəndi istiqamətindən İsmayıllı rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə idarə etdiyi avtomaşın yolun əks istiqamətinə çıxaraq dərəyə aşmışdır. Nəticədə avtomobildə olan sərnişin X1 yüngül dərəcəli zərər dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X3 göstərmişdir ki, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Hazırda inzibati xəta törətmiş şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmadığını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar