Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-308/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidməti tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında haqqında protokoldan görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi dövlət tənzimlənməsinə aid olan 02 adda tipi təsdiq edilməmiş və 06 ədəd yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Teymur Əhmədov adına Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-308/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-308/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver