Məhkəmə qərarları › İş №3(046)-309/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-309/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-309/2023 11.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Şəxs, müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabağlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay şəhərinin müxtəlif ərazilərində idarə etdiyi VAZ- 2170 markalı **-EK-*** dövlət nömrə nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, təhlükəli manevrlər, ziq-zaqvari hərəkətlər edərək digər avtomobillərə qəza şəraiti yaradaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə VAZ-2170 markalı **-EK-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməmiş, heç bir qayda pozuntusuna yol verməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs Göyçay şəhəri ərazisindən idarə etdiyi VAZ-2170 markalı **-EK-***dövlət nömrə nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxaraq, ziq-zaqvari hərəkətlər etmiş, qarşı istiqamətdə hərəkətdə olan avtomobillər üçün qəza şəraiti yaratmış, idarə etdiyi avtomobili qəfildən sürətləndirmiş, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, törətdiyi xətanı etiraf edərək səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi və il ərzində yenidən eyni xarakterli cəzanı törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362, 365, 367, 425, 430, 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-ci maddəsi ilə təqsirli bilinib, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, ona 20 gün müddətinə inzibati həbs təyin edilsin. . Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası inzibati həbs hissədə Göyçay rayon Polis Şöbəsinə, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı X1 həvalə edilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar