Məhkəmə qərarları › İş №3(046)-311/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-311/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-311/2024 25.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, X1nun iştirakı ilə, X3 Göyçay rayon X9 X13 inzibati təcrübə üzrə inspektoru X8 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə müraciət edərək Göyçay rayon X9 X13 inzibati təcrübə üzrə inspektoru X8 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X7 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində özünə məxsus “Mercedes Benz E 200” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində hərəkətə başlayarkən qarşıdan gələn DYP-nə məxsus avtomobilin Göyçay rayonu, yol patrul xidmətinin inspektoru, polis kiçik serjantı X4 ona saxla əmri işarəsi verdi və o avtomobili yolun kənarına verib saxladı. Yol patrul xidməti əməkdaşı xidməti avtomobildən düşüb onun avtomobilinə yaxınlaşan yol patrul xidmətinin inspektoru, polis kiçik serjantı X4 ondan sənədlərini istədi və o da sürücülük vəsiqəsi ilə avtomobilin texniki pasportunu ona təqdim etdi. Yol patrul xidməti əməkdaşına nə səbəbə görə saxlanılmasının səbəbini soruşduqda qarşı tərəfdən hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxaraq ona qəza vəziyyəti yaratdığını bildirdi. O, yol patrul xidməti əməkdaşına qarşıdan gələn nəqliyyat vasitəsinə heç bir qəza təhlükəsi yaratmadığını, əgər belə qayda pozuntusu etmişsə belə video görüntü təqdim etməsini xahiş etsə də, video görüntüyə polis şöbəsinə dəvət olunan vaxt baxa biləcəyi deyildi və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib etdi. xx.xx.2024-cü il tarixdə yaşadı ünvana Göyçay rayon Polis Şöbəsinin rəisi cənab Müqabil Abdıyevin imzası ilə xx.xx.2024-cü il tarixli, №3-13-76/2-9067/2024 saylı məktub daxil oldu. Həmin məktubda xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* saylı protokolla əlaqədar olaraq 10 gün müddətində Göyçay rayon X9 X14 gəlməyi tələb olunurdu. O səhəri gün Göyçay rayon X9 X14 gəlmiş və onu Göyçay rayonu, polis baş leytenantı X2 sual edərək bildirdi ki, guya o sərnişin daşıma qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilib. O, polis baş leytenantı X5 heç bir sərnişin daşıma qaydasını pozmadığını, belə pozuntu etmişsə video görüntünü təqdim etməsini tələb etdikdə polis əməkdaşı ona heç bir video görüntü göstərmədən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcəyini bildirdi. Müəyyən müddət gözləyib ünvanına heç bir qərar gəlmədiyinə görə xx.xx.2024-cü il tarixdə Göyçay rayon X9 X14 gələrək barəsində qəbul edilmiş qərarı tələb etmiş, orada Göyçay rayon X9 X13 polis baş leytenantı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında qəbul edilmiş 28 mart 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 12:50-də Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi, 104-də “Mercedes Benz E 200” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. DVD diskə köçürülmüş Göyçay rayon X9 X13 yol patrul xidməti inspektoru polis kiçik serjantı X11 tərəfindən real vaxt rejimində qeydə alınmış görüntüdən aydındır ki, X7 xx.xx.2024-cü il tarixdə saat 12:50-də Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi, 104-də “Mercedes Benz E 200” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. Həmçinin, o sərnişin daşıma qaydalarının pozulmasını inkar etməmişdir. Beləliklə məhkəmə işin araşdırılmış sübütlarlna məcmu halında qiymət verərək hesab edir ki, X7 tərəfindən 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X7 həmin vaxt Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. X7 tərəfindən 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Göyçay rayon X9 X13 inzibati təcrübə üzrə inspektoru X8 tərəfindən X7 barəsində 28 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin normalarına riayət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb ola bilər. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Odur ki, X1 tərəfindən Göyçay rayon X9 X13 inzibati təcrübə üzrə inspektoru X8 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. X3 Göyçay rayon X9 X13 inzibati təcrübə üzrə inspektoru X8 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar