Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-311/2025 16.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, 50-ci məhəllədə qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 4610 manat dəyərində əmlakı olmadığı təqdirdə isə dəyərini. yəni 4610 manatı üzürsüz səbəbdən Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı icra sənədi üzrə Şəxs 4610 manat dəyərində əmlakı olmadığı təqdirdə isə dəyərini yəni 4610 manat pulu Zərərçəkmiş şəxs ödəməmişdir. İşlə bağlı videolar çəkilişlər aparmış, akt tərtib etmişdir. Mütəxəssis təsdiq etmişdir ki, Şəxs evində olan mebelleri onlar quraşdırmışdır. Zərərçəkmiş şəxs gəlin köçdüyü evə getmişlər, evin indiki sahibi X4 qalan çılçıraqın evində olduğunu demişdir. Evə baxış keçirilib akt tərtib edilən zaman həmin çılçıraq evdə olmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, onlar mebelləri o vaxtı hazırki “Erto” mebel mağazasının yerində quraşdırılırdı. Mebeller “Çaylaq” adlanan ərizədə olan sexdə yığılmışdır. Şəxs təqdim etdiyi mebellər onun tərəfindən vaxtı ilə yığılmış və quraşdırılmışdır. O vaxt onun 16 yaşı var idi və ustanın yanında köməkçi kimi işləyirdi, özü yığdığı mebeli tanımışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəmənin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs məxsus cehiz əmlakların ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda icra məmurunun iştirakı ilə qeyd edilən əmlakları zərərçəkmişə təqdim etsə də, zərərçəkmiş şəxs əmlakları qəbul etməkdən imtina edir. Həmin əmlakların köhnə olduğunu vurğulayır. Əmlakların mövcudluğu ilə bağlı icra məmuru tərəfindən video çəkiliş aparılmış və akt tərtib edilmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 1074-2(046)-780/2023 saylı məktubundan görünür ki, icra sənədində göstərilən digər əşyalar 200 manat dəyərində stenka mebel, 2 ədəd şfoner, 2 ədəd servant, 800 manat dəyərində 1 ədəd alt bazalı divan, 500 manat dəyərində paltaryuyan maşın, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt, 200 manat dəyərində 1 ədəd güzgülü termo, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik tax yun döşək, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt üçün yorğan, 60 manat dəyərində 3 ədəd – 20x3 ölçüdə yastığ, 200 manat dəyərində 1 ədəd lüstür (çılçıraq) aşkar olunsada tələbkar əsassız olaraq özünün olmadığını qeyd etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 saylı icra sənədinə əsasən qeyd olunan 200 manat dəyərində 1 ədəd lüstür (çılçıraq) tələbkar özünün olmadığını qeyd etsədə gəlin gələrkən evdə asılan lüstürün şahidi olan və evin yeni sahibi X5 bildirdi ki, evi alarkən həmin lüstür evdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 780/2023 saylı icra sənədində göstərilən əşyalar və onların qiymətləri ilə eynilik təşkil edibetməməsi və zərər çəkmiş şəxsin qeyd etdiyi kimi həmin əşyların bir çoxunun borclu Şəxs tərəfindən alınıb-alınmamasını müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən mütəxəssis cəlb edilmişdir. Həmin mütəxəssis mübahisə predmeti olan mebel avadanlıqlarının düzəldilməsi və quraşdırılmasını həyata keçirmiş ustadır. Mütəxəssisin məhkəmə iclası zamanı verdiyi izahatından da görünür ki, sözügedən mebelləri Zərərçəkmiş şəxs cehiz əşyası kimi onun və Şəxs evində quraşdırmışdırlar. Bununla da sözügedən mebel avadanlıqlarının Zərərçəkmiş şəxs məxsus olduğu artıq müəyyən edilmiş hesab olunur. Mübahisə predmeti olan çılçırağa münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs həmin əşyanın ona məxsus olan əşya olmadığını bildirsə də, iş materillarına əlavə edilmiş akt ilə bu təkzib olunur. Belə ki, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclu Şəxs ilə Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evin yeni sahibi X2, Şəxs və Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Şəxs və Zərərçəkmiş şəxs əvvəllər yaşadıqları evə baxış keçirilmişdir. Evin yeni sahibi X5 bildirmişdir ki, mübahisə predmeti olan çılçıraq ev satılarkən köhnə sahiblərindən qalan çılçıraqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 20 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-311/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-311/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver