Məhkəmə qərarları › İş №3(046)-312/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-312/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-312/2022 25.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi və inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs Şahmar oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göyçay şəhəri R.Rza küçəsi ev 2də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 25.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 06.04.2022-ci il tarix Zərərçəkmiş şəxs Şahmar oğluna məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən avtomobil təmiri sexində bir ədəd dəyəri 100 manat şivelleri talamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, 06.04.2022-ci il tarix Zərərçəkmiş şəxs Şahmar oğluna məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən avtomobil təmiri sexində bir ədəd dəyəri 100 manat şivelleri gizli yolla talamışdır. Hazırda Zaura dəymiş ziyanı ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs Şahmar oğlu göstərmişdir ki, Şəxs 06.04.2022-ci il tarixdə ona məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən avtomobil təmiri sexində bir ədəd dəyəri 100 manat şivelleri gizli yolla talamışdır. Hal-hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir. Buna görə də ondan şikayətçi deyil və onunla barışmışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.04.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs Şahmar oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və onunla barışdığından Şəxs barəsində olan materiala xitam verilməsini xahiş edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və Şəxs ilə barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş 25.05.2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar