Məhkəmə qərarları › İş №3(046)-314/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-314/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-314/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, Natəvan küçəsi, ev 2A, mənzil 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Səbail rayon X5 Bölməsinin yol patrul xidməti baş inspektoru X1 tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 22 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o 20 fevral 2024-cü il tarixli, TP ******* saylı qərara əsasən İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilməsinə baxmayaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib,hesab edirəm ki,iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXİX fəslinə görə İXM-in 529.3-cü maddəsi ilə törədilən əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, İXM-in 529.3-cü maddəsi ilə törədilən əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hesab edilir, inzibati tənbeh idarəçilik qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta hadisəsinin 22 iyun 2024-cü il tarixdən törədildiyi nəzərə alınsa, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək, yəni 22 oktyabr 2024-cü il tarixədək verilə bilər. Lakin hazırki iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində Səbail rayon X5 Bölməsinin yol patrul xidməti baş inspektoru X1 tərəfindən İXM-in 529.3-cü maddəsi ilə İXP ******* saylı, 22 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol inzibati məsuliyyətə cəlb etmə müddəti keçəndən sonra xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir.Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan 20 fevral 2024-cü il tarixli, TP ******* saylı qərarla təyin edilmiş 40 manat cərimə və 24 manat dəbbə pulu artıq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alıb,hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə İXP ******* saylı, 22 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol inzibati məsuliyyətə cəlb etmə müddəti keçəndən sonra xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərildiyindən ,müddətin keçməsi ilə bağlı o inzibati məsuliyyətdən azad edilməli, bununla da iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsini rəhbər tutub, qərara aldım: Şəxs 22 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar