Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-316/2020 12.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan dəyəri 34 manat olan 2 ədəd 2 kq-lıq yuyucu tozu oğurlamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2020ci il tarixdə saat 03 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan dəyəri 34 manat olan 2 ədəd 2 kq-lıq yuyucu tozu oğurlamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Şəxs Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən özünə məxsus mağazadan dəyəri 34 manat olan 2 ədəd 2 kq-lıq yuyucu tozu oğurlamışdır. Oğurlanmış dəyəri 34 manat olan 2 ədəd 2 kq-lıq yuyucu tozlar ona qaytarılmış, inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 1 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-316/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-316/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver