Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-317/2020 28.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, şikayətçi X1 iştiraki ilə, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 Yevlax Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə getmişdim. Şəxsi avtomobilimi texniki baxışdan keçirmək istədikdə həmin texniki baxış şöbəsində işləyən müfəttişi ona bildirmişdir ki, avtomobilin iki cəriməsi var, yalnız həmin cərimələri ödədiyi halda avtomobil texniki baxışdan keçirmək mümkün olacaqdır. Həmin qərarlardan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində (hansı şəhər və ya rayonda) dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərar qəbul edilmişdir. Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarın mənə aid olmadığını əsas gətirərək həmin 20 manat məbləğində cəriməni ödəməkdən imtina etmişdir. Özünə məxsus avtomobilinin texniki baxışdan keçmə vaxtının bitməsinə 3 gün qaldığından məcburiyyət qarşısında qalaraq ona aid olmayan avtomobilin, törətdiyi cəriməni ödəmişdir. Buna görə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsini xahiş edir. İş üzrə qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmənin vaxtı və yeri barədə məlumat verilmiş, lakin iş üzrə qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, xx.xx.2020-cu il tarixli, EQ ******* inzibati xəta haqqında iş üzrə qərara və digər iş materiallara baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının DİN BDYPİ-nin portalından çıxarışdan görünür ki, X1 mülkiyyətində olan MERCEDES BENZ C 180 minik markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 346.1-ci maddəsinin tələbləri pozulduğuna görə 20 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2020-cu il tarixli, EQ ******* saylı qərara əlavə edilmiş fotoşəkillərdə MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil əks olunmuşdur ki, bu da X3 həmin vaxt inzibati xətanın onun törətmədiyinə dəlalət edir. Lakin X3 qeyd edilən qərar üzrə özünə məxsus avtomobilinin texniki baxışdan keçmə vaxtının bitməsinə 3 gün qaldığından cəriməni ödəməsi məcburiyyət qarşısında qalaraq MERCEDES BENZ C 180 minik markalı, ** ME *** avtomobilin törətdiyi inzibati xəta üzrə 20 manat məbləğində cəriməni ödəmişdir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən onun qanunla qorunan hüquqları pozulduğundan, X1 həmin vaxt inzibati xətaya yol vermədiyi barədə göstərdikləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 430-437-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-317/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-317/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver