Məhkəmə qərarları › İş №3(046)-319/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-319/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-319/2022 09.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi və Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azaqro Market MMC barəsində X4 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXMnin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azaqro Market MMC tərəfindən Göyçay şəhəri Natəvan küçəsində yerləşən «Green Mart» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirilmişdir. X4 İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azaqro Market MMC tərəfindən Göyçay şəhəri Natəvan küçəsində yerləşən «Green Mart» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirmişdir. Dəfələrlə ona müqavilə bağlanması təklif edilməsinə baxmayaraq, müqavilə bağlamadan qanunsuz reklam yerləşdirmişdir. İnzibati xəta törətmiş Azaqro Market MMC-yə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azaqro Market MMC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş 058 saylı xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, xx.xx.2022-ci il tarixdə təkrar baxış keçirilərkən Azaqro Market MMC Göyçay şəhəri Natəvan küçəsində yerləşən «Green Mart» obyektinin üzərində açıq məkanda qanunsuz reklam yerləşdirilməsi Azaqro Market MMC tərəfindən davam etdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə İnternet Vergi İdarəsində çıxarışdan görünür ki, Azaqro Market MMC ********** saylı VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azaqro Market MMC vəzifəli şəxsdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azaqro Market MMC tərəfindən Göyçay şəhəri Natəvan küçəsində yerləşən «Green Mart» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən Azaqro Market MMC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azaqro Market MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Azaqro Market MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Azaqro Market MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Azaqro Market MMC-yə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar