Məhkəmə qərarları › İş №3(046)-32/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-32/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-32/2023 19.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot Siyasəti Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «X1 Aznar» QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 462.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının yeri və vaxtı barədə «X1 Aznar» QSC-ə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana bildiriş göndərilmiş, «X1 Aznar» QSCnin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə «X1 Aznar» QSC-nin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələrinin iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «X1 Aznar» QSC 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuat orqanında və ya internet səhifəsində dərc etdirməmişdir. Bununla da «X1 Aznar» QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, «X1 Aznar» QSC hüquqi şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, «X1 Aznar» QSC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. «X1 Aznar» QSC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə «X1 Aznar» QSC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq «X1 Aznar» QSC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: «X1 Aznar» QSC-yə İXM-nin 462.1-ci maddəsinə əsasən 1500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar