Məhkəmə qərarları › İş №3(046)-32/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-32/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-32/2025 23.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, BürcŞəxs Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Potu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonu Potu kəndi ərazisində ara yoldan baş yol istiqamətində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozmu, nəticədə əks Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonu Potu kəndi ərazisində ara yoldan baş yol istiqamətində hərəkətdə olarkən yolayrıcı qaydalarını pozmu, nəticədə əks Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-LJ- *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyan sığorta tərəfindən ödənilmişdir. Məhkəmədən xahiş etmişdir ki, ona inzibati həbs tətbiq edilsin. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində y rayonu Potu kəndi ərazisində idarə etdiyi VAZ 21074 markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi VAZ 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə onun hərəkət zolağına çıxmış, avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə 1750 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan sığorta tərəfindən ödənilmişdir. Şəxs şikayəti və tələbi yoxdur. İnzibati materiala əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobilə 1750 manat maddi ziyan dəymişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş X1 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasənBu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar