Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-320/2022 01.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu Kürdəmiş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 01.06.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 02.04.2022 - 06.04.2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu Kürdəmiş kəndində yerləşən bağ sahəsində 150 ədəd xurma tingini gizli yolla talamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs göstərmişdir ki, kənd sakinlərinə məxsus bağ sahələrində günəmuzd fəhlə işləyir, bağ sahələrinə ağac tingləri əkir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə daxil olmamış, həmin bağdan ağac tinglərini oğurlamamışdır. Buna görə də barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs 02.04.2022 - 06.04.2022-ci il tarixlərdə ona məxsus Göyçay rayonu Kürdəmiş kəndində yerləşən bağ sahəsində 150 ədəd xurma tingini gizli yolla talamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.04.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Göyçay RPŞ-nə müraciət edərək ona məxsus Göyçay rayonu Kürdəmiş kəndində yerləşən bağ sahəsindən 150 ədəd xurma tinginin oğurlandığını bildirmişdir. Bununla bağlı araşdırma aparılmış, Şəxs izahatı alınmış, Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən xurma ağacı tinglərinin kimin oğurladığını bilmədiyini bildirmişdir. Buna görə də cinayət işinin başlanmasının rədd edilmiş, aiddiyatı üzrə Göyçay RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş 01.06.2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-320/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-320/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver