Məhkəmə qərarları › İş №3(046)-326/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-326/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-326/2022 17.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon Qızılağac kənd Bələdiyyəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Göyçay Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasın baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs haqqında İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Göyçay rayon Qızılacağ kənd Bələdiyyəsinin sədri Şəxs tərəfindən Göyçay rayon Qızılacağ kənd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli N 12 və xx.xx.2022-ci il tarixli 4 saylı protokolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinib, ona 400 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar