Məhkəmə qərarları › İş №3(046)-327/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-327/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-327/2022 17.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X1 və Nar Travel MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Nar Travel MMC barəsində X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Nar Travel MMC barəsində X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, Nar Travel MMC işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Nar Travel MMC-də işləyən, işçilərin icbarı sığorta müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Buna görə də Nar Travel MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nar Travel MMC-nin nümayəndəsi X6 izahat verərək göstərmişdir ki, AR İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərəfimdən törədilməmişdir. Belə ki, "xxxx" ASC ilə arasında “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və müqavilənin tərkib hissəsi olan “müqavilənin qoşması” adlanan sənəddə adları göstərilən işçilər sığorta olunmuşdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, Nar Travel MMC ilə Meqa Həyat Sığorta ASC arasında xx.xx.2022-ci il tarixdə Nar Travel MMC-də işləyən işçilərlə icbari sığorta bağlanmışdır Məhkəmə, təqdim olunan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nar Travel MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi Nar Travel MMC-yə istinad edilən əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Nar Travel MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r v e r d i: Göyçay şəhəri Natəvan küçəsində yerləşən Nar Travel MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar