Məhkəmə qərarları › İş №3(046)-328/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-328/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-328/2020 18.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs Sabir oğlunun və zərərçəkmiş şəxslər X2 və X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay rayonunun 1-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs Sabir oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sabir oğlu barəsində xx xxxxxx 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə MN ******* saylı və MN ******* saylı inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs Sabir oğlu xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 110-da yaşayan X2 həyətindən 1 ədəd 35 manat dəyərində qazanı, həmçinin xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində yaşayan X1 həyətində 1 ədəd 70 manat dəyərində od samovarını oğurlamışdır. İnzibati xəta törətmiş Şəxs Sabir oğlu törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 110-da yaşayan X2 həyətindən 1 ədəd 35 manat dəyərində qazanı, həmçinin xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Z.Bünyadov küçəsində yaşayan X1 həyətində 01 ədəd 70 manat dəyərində od samovarını oğurlamışdır. Samovarı X3 qaytarmış, oğurladığı qazanı isə X4 qaytarmamışdır. X6 Vidadi qızı izahat verərək göstərmişdir ki, Şəxs Sabir oğlu xx.xx.2020-ci il tarixdə saat 18 radələrində onun yaşadığı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 110 saylı evin həyətindən 1 ədəd 35 manat dəyərində qazanı oğurlamışdır. Həmin oğurlanmış dəyəri 35 manat olan 1 ədəd qazan ona qaytarılmış, inzibati xəta törətmiş Şəxs Sabir oğlundan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş X5 izahat verərək göstərmişdir ki, Şəxs Sabir oğlu xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində yaşadığı yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətindən 1 ədəd 70 manat dəyərində od samovarını oğurlamışdır. Ona dəymiş maddi ziyan Şəxs Sabir oğlu tərəfindən ödənilmişdir. Şəxs Sabir oğlundan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Şəxs Sabir oğlunun əməllərində cinayət tərkibi yaranmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Sabir oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs Sabir oğluna inzibati tənbeh təyin edərkən törətdiyi əməllərin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Sabir oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 2 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar