Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-328/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, İDEAL ELEKTRONİCS MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : İDEAL ELEKTRONİCS MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 10.09.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, İDEAL ELEKTRONİCS MMC 106.650 ABŞ dolları məbləğində vəsiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il keçməsinə baxmayaraq qeyd edilən vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən Gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka tədqim etməmiş, qabacadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş X1 X2 İnternet Vergi İdarəsi portalından çıxarışdan görünür ki, İDEAL ELEKTRONİCS MMC-nin qanuni təmsilçisi X3r. İDEAL ELEKTRONİCS MMC 9 Saylı Ərazi Vergilər İdarəsində üçotdadır. Məhkəməyə təqdim edilmiş 26.02.2020-ci il tarixli ilkin Gömrük Bəyannaməsindən görünür ki, Azərbaycan Respublikası Göyçay rayonu 49-cu məhəllə hüquqi ünvanı olan İDEAL ELEKTRONİCS MMC-yə dəyəri 106.650 ABŞ dolları dəyərində müxtəlif çeşidli televizorlar daxil olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İDEAL ELEKTRONİCS MMC 106.650 ABŞ dolları məbləğində vəsaiti avtomobil ləvazimatları alınması üçün Respublikadan kənara avans yolu ilə köçürmüş, qeyd edilən avtomobil ləvazimatları Azərbaycan Respublikasına idxal etmişdir. Məhkəmə, təqdim olunan sübutlara hüquqi qiymət verərək hesab edir ki, İDEAL ELEKTRONİCS MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi İDEAL ELEKTRONİCS MMC-yə istinad edilən əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, İDEAL ELEKTRONİCS MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərar v e r d i: Göyçay rayonu Cəyirli kəndində yerləşən İDEAL ELEKTRONİCS MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-328/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-328/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver