Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-33/2021 16.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, xx.xx.1966-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çaxırlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhər BPİ-nin DYP-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala xx xxxxxx 2021-ci il tarixdə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2020ci il tarixdə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli TP3520834 nömrəli inzibati xəta protokolu əsasında Şəxs 60 manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə baxışının yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta törətmiş Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təritib edilmiş inzibati xəta protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 529.3.-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu və 529.3-cü maddələrini rəhbər tutaraq, QƏ R A R A A L D İ M : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, ona 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsin əşikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-33/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-33/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver