Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-334/2023 19.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Xaqani küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Qazax rayon Məhkəməsinin 2(023)-651/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar 12 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə tələbin icrasından boyun qaçıraraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 19 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qazax rayon Məhkəməsinin 2(023)-651/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə ondan hər ay bir uşağın saxlanması üçün 160 manat aliment pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Vətən müharibəsində iştirak etdiyi vaxt dörd ay aliment borcu yaranmışdır. Tələbkara hər ay təyin edilmiş aliment borcunu vaxtı-vaxtında ödəyir. Bundan başqa yaranmış qalıq borcdan arabir 40 manat ödəniş etmişdir. Gələcəkdə təyin edilmiş aliment borcu ilə yanaşı qalıq borcdan hissə-hissə ödəniş edəcəkdir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Qazax rayon Məhkəməsinin 2(023)-651/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə 160 manat sabit pul məbləğində alimentin Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs hər ay 160 manat ödəyir, lakin qalıq 1320 manat aliment borcundan heç bir ödəniş etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Qazax rayon Məhkəməsinin 2(023)-651/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-334/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-334/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver