Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-336/2025 12.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Göyçay şəhəri İ.Göyçaylı küçəsi ev 70-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 05 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 11 yanvar 2025-ci il tarixli, EQ 25491009 nömrəli inzibati xəta haqqında elektron qərara əsasən 50 (əlli) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 11 yanvar 2025-ci il tarixli, EQ 25491009 nömrəli inzibati xəta haqqında elektron qərarı Göyçay Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)-133/2025 saylı, xx.xx.2025-cü il tarixli qərarına əsasən Şəxs şikayəti təmin edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25491009 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25491009 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyini nəzərə alaraq, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunun mənasından göründüyü kimi Şəxs oğlu barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25491009 saylı inzibati tənbeh vermə haqqında qərar Göyçay Rayon Məhkəməsinin 3(046)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən ləğv edildiyindən, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-336/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-336/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver