Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-339/2021 06.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay Rayon Polis Şöbəsidən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı 11.09.2021-ci il tarixli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə 28.04.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta protokolu tərtib edilmiş və Şəxs inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs inzibati cəriməni ödəməmişdir. Məhkəmə hesab edir ki, təritib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, işdə olan Göyçay RPŞ-nin polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində İXMnin 529.3-cü maddəsi ilə tərtib edilmiş 11.09.2021-ci il tarixli protokol inzibati xəta protokolundan görünür ki, Şəxsn Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi ev 95, mənzil 18-də qeydiyyatdadır. Azərbaycan Respublikasının 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş protokol onun qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməli olduğu halda heç bir əsas olmadan Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Göyçay RPŞ-nin polis baş leytenantı X1 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 11.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Göyçay RPŞ-nə qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-339/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-339/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver