Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-34/2023 23.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X3, xx.xx.1988-ci ildə Göyçay rayonu Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Alpout kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Alpout kəndində olan çayxanada həmkəndliləri ilə birlikdə domino oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xətanın baş verməsi inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahid izahatları ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Alpout kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində həmkəndliləri X2, X5 və X7 ilə birlikdə 15-20 manat civarında kafedə yemek pulunun verilməsi müqabilində domino oynamışlar. Oyun vaxtı çay evinə polis əməkdaşları daxil olmuş, bu zaman o, qarşısında olan pulu götürərək cibinə qoymuşdur. Polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Kafedə yemek pulunun verilməsi müqabilində oynadıqları domino oyunun qumar oyunu olmasını bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon X13 Patrul Xidməti Bölməsinin polis nəfəri X8 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri İbrahim Zülfüqarov ilə birlikdə xidmət aparan zaman Göyçay rayonu Alpout kəndi ərazisində yerləşən çayxanaya daxil olmuş, həmin vaxt orada dörd nəfər tanımadığı şəxslərin masa üzərində pul vəsaiti qoyaraq domino oynadıqlarını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və puldan domino oynanılmasının qumar oyunu olduğunu bildirmişdir. Daha sonra onların şəxsiyyətlərini müəyyən etmək və törətdiyi əməllərinə hüquqi qiymət verilməsi üçün rayon polis şöbəsinə aparmışlar. Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 məhkəmədə izahat vermiş şahid X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. 27 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola 12 manat pul vəsaiti və 28 ədəd domino daşları əlavə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan DVD-diskə baxış keçirən zamanı Şəxs masa arxasında digər şəxslərlə birlikdə əyləşməsi, masa üzərində domino daşlarının, qarşısında isə 1 manatlıq pul əskinazların olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 12 (on iki) manat pul vəsaiti və 28 (iyirmi səkkiz) ədəd domino daşları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-34/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-34/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver