Məhkəmə qərarları › İş №3(046)-344/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-344/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-344/2020 15.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X6 X1muş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində X7 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə İXM-nin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Yaqut qızıl mağazası» obyektinin üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirilmişdir. İş üzrə inzibati xəta törətmiş Şəxs heç bir inzibati xətanı törətmədiyini bildirmişdir. İş üzrə inzibati xəta haqqında protokol tərtib etmişŞirvan X3 nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Yaqut qızıl mağazası» obyektinin üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirldiyinə görə inzibati tənbehin təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 000678 saylı xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Yaqut qızıl mağazası» obyektinin üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində müvafiq icazə sənədi olmadan qanunsuz olaraq reklam yayımı həyata keçirir. Məhkəməyə təqdim edilmiş 075 saylı xx xxxxxx 2020-ci il tarixli baxış aktından görünür ki, xx.xx.2020-ci il tarixdə təkrar baxış keçirilərkən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Yaqut qızıl mağazası» obyektinin üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində qanunsuz reklam yerləşdirilməsi Şəxs tərəfindən davam etdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiiləri barədə məlumatların verilməsi barədə X4 çıxarışdan görünür ki, Şəxs ********** saylı VÖEN-lə 9 saylı X5 qeydiyyatdadır. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs vəzifəli şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi Məmmədrəşid dairəsində yerləşən «Yaqut qızıl mağazası» obyektinin üzərində və ayrıca dayaqlı reklam lövhələri üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128- 130-cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar