Məhkəmə qərarları › İş №3(046)-344/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-344/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-344/2022 07.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu Çayarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 07.06.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN 1419676, MN ******* və MN ******* saylı inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində 2 torba soğanı, 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında zərərçəkmiş şəxs X1 məxsus 80 manat dəyərində 4 torba soğanı, 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında zərərçəkmiş şəxs X2 məxsus 40 manat dəyərində 2 torba soğanı gizli yolla talamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində 2 torba soğanı, 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında zərərçəkmiş şəxs X1 məxsus 80 manat dəyərində 4 torba soğanı, 19.05.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri “Təzə Bazar” bazarında zərərçəkmiş şəxs X2 məxsus 40 manat dəyərində 2 torba soğanı gizli yolla talamışdır. Törətdiyi əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X3 və X4 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişlər ki, Şəxs tərəfindən onlara dəymiş maddi ziyan ödənilmişdir. Buna görə də Şəxs şikayət və tələbləri yoxdur. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.05.2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş 07.06.2022-ci il tarixli MN 1419676, MN ******* və MN ******* saylı inzibati xəta protokollar üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar